İDMAN


Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika turniri başa çatıb

Bakı 30 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika üzrə XVIII açıq turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarış beynəlxalq status daşıyıb.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışda Azərbaycanın paytaxt və regionlarında fəaliyyət göstərən idman təşkilatlarından, həmçinin Gürcüstandan dəvət olunan idmançılar iştirak ediblər.

Turnirin açılış mərasimində Fəxrəddin Şahbazovun ailə üzvləri, həmçinin Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov və digər qonaqlar iştirak ediblər.

Çıxış edən Raqif Abbasov Milli Qəhrəmanın ruhunun bu qədər uca tutulması və onun xatirəsinə həsr edilən belə mötəbər turnirin ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib.

Milli Qəhrəmanın həyat yoldaşı Nəsibə xanım və nəvəsi Fəxrəddin çıxış edərək ailələri adından yarış təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Daha sonra birinci vitse-prezident Tofiq Heydərov yarışın ilk qızıl medalını nəvə Fəxrəddinə təqdim edib.

T.Heydərov çıxışında 2018-ci ildə Azərbaycan ağır atletlərinin qazandığı böyük uğurlardan danışıb, bu idman növünün inkişafı istiqamətində görülən işlərdən bəhs edib.

Yarışda müxtəlif çəki dərəcələrində Əvəz Tağıyev, Elvin Şükürzadə, Elşən Məmmədov, Qurami Giorbelidze, Arçil Malakmadze, Lamia Tebidze, İsa Həsənli, Əli Şükürlü, Ümidvar Bayramlı və Tornike Tabatadze qalib adını qazanıblar.

Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.