CƏMİYYƏT
Milli Qəhrəman Rövşən Rzayevin şərəfinə cüdo turniri keçirilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayının kollektivi veteranlar və şəhid ailələrinin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri Qaradağ rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil olunmuşdur. Mühafizə alayında xidmət keçmiş Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdulla oğlu Rzayevin şərəfinə cüdo turniri keçirilmişdir. Yarış iştirakçıları əvvəlcə Milli Qəhrəmanın abidəsi önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra respublikanın hər bir bölgəsindən gəlmiş gənc cüdoçular qüvvələrini sınamışlar.
Qaliblərə mükafatlar təqdim olunmuşdur.