REGİONLAR


Mingəçevir Dövlət Universiteti “Əsgərə məktub” layihəsinə qoşulub

Mingəçevir, 12 avqust, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşdırılan “Əsgərə məktub” layihəsinə qoşulub. Belə ki, MDU-nun tələbəsi Zamin Cəfərov universitetin tələbələri və əməkdaşları adından əsgərə məktub ünvanlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsini və tələbə-gənclərin daim onların yanında olduğunu ifadə edən məktub audio formatda səsləndirilib və “ASAN Radio” tərəfindən yayımlanıb. MDU bu layihəyə qoşulan ilk ali təhsil müəssisəsi olub.

Qeyd edək ki, Azərbaycan əsgərlərinə cəmiyyətin dəstəyini nümayiş etdirən layihə “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu vaxta qədər layihəyə deputatlar, idmançılar, aktyorlar və digər bir çox tanınmış şəxslər qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.