REGİONLAR


Mingəçevir Dövlət Universitetinin magistrantları Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM), həmçinin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) bir qrup əməkdaşı, magistrantlar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU kollektivi üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüblər, Vətən övladlarının ruhuna dualar oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.