MƏDƏNİYYƏT


Miniatür Kitab Muzeyində məşhur bolqarıstanlı müğənni Yordanka Xristova ilə görüş keçirilib VİDEO

Bakı, 22 mart AZƏRTAC

Bakıda, İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyində məşhur bolqarıstanlı müğənni, “Qızıl Orfey” beynəlxalq mükafatının birinci sahibi Yordanka Xristova ilə görüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Y.Xristova Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahovanın dəvəti ilə Bakıdadır. Müğənnini Z.Salahova ilə uzunmüddətli, səmimi və dostluq münasibətləri birləşdirir.

Tədbiri açan Z.Salahova ölkəmizdə artıq bir neçə dəfə səfərdə olan bolqarıstanlı müğənninin yaradıcılığının yüksək qiymətləndirildiyini söyləyib. O qeyd edib ki, Y.Xristovanın iştirakı ilə Kuba Respublikasının görkəmli xadimlərinə həsr olunan bir sıra miniatür kitablar ərsəyə gəlib. Onların arasındakı bu əməkdaşlıq isə sonradan dostluğa çevrilib.

Y.Xristova, öz növbəsində, Z.Salahovaya səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan milli mətbəxindən və Novruz bayramının geniş qeyd olunmasından heyranlığını vurğulayıb.

Y.Xristova məşhur Azərbaycan mahnısını bolqar dilində ifa etməsi ilə tədbir iştirakçılarını heyrətləndirib.

Görüş çərçivəsində müğənni, həmçinin digər mahnılar, xüsusən ispan dilində mahnılar ifa edib.

Bolqarıstanın və Kubanın ölkəmizdəki səfirləri Nikolay Yankov və Alfredo Fidel Nyevesin, həmçinin Azərbaycanın tanınmış ictimai xadimlərinin, ziyalılarının da iştirak etdiyi tədbir səmimi şəraitində keçib.

Sonda Y.Xristova belə gözəl tədbirin təşkilinə görə Z.Salahovaya, diqqət və alqışlara görə isə iştirakçılara minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.