MƏDƏNİYYƏT


Misir hökuməti ukraynalı turistlərin otellərdə qalma müddətini uzadıb

Misir hökuməti ukraynalı turistlərin otellərdə qalma müddətini uzadıb

Qahirə, 25 fevral, AZƏRTAC

Misir hökuməti Şarm əl-Şeyx və Hurqada kurort şəhərlərində olan ukraynalı turistlərin otellərdə ödənişsiz qalacağını və onların qonaqlama müddətinin öz ölkələrinə qayıtma imkanı olanadək davam edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama yayan Misirin Turizm və Qədim Abidələr Nazirliyi hazırda turistlərin öz vətəninə qayıtmaq imkanı olmadığını və bu səbəbdən otel sahiblərinə müvafiq direktiv göndərildiyini bildirib. Misirin Otellər Assosiasiyası, öz növbəsində, səyahət müddəti başa çatmış ukraynalı turistlərin xərclərinin ödənəcəyi barədə məlumat yayıb. Bundan başqa, Cənubi Sinay Otellər Palatası da bununla bağlı Şarm əl-Şeyxin otel sahiblərinə təlimat göndərib.

Ukraynanın Misirdəki səfirliyi isə bəyan edib ki, onun ölkəsinin hava məkanının mülki təyyarələrin uçuşlarına bağlı olduğu bir şəraitdə kurort şəhərlərində qalmış vətəndaşların Polşa, Slovakiya, Macarıstan və Rumıniyaya göndərilməsi istiqamətində həmin ölkələrin diplomatik nümayəndəlikləri ilə danışıqlar aparılır.

Qeyd edək ki, Ukrayna Misir kurortlarının ən çox turist qəbul etdiyi ölkələr sırasında yer alır. Belə ki, pandemiyaya rəğmən ötən il Qırmızı dəniz sahilindəki istirahət məkanlarında 1,2 milyon ukraynalı istirahət edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.