MƏDƏNİYYƏT


Misirdə Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

Qahirə, 17 iyul, AZƏRTAC

Qahirədə ölkəmizin Misirdəki səfirliyi və EPS dillər mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan dili kurslarında təhsil alan misirli gənc qızlar dövlət himnimizi ifa ediblər.

Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Emil Rəhimli dahi Nizaminin həyat və yaradıcılığından danışıb. O qeyd edib ki, Şərq poeziyasının və fəlsəfi fikrinin intibah dövrünün ən böyük nümayəndələrindən biri olmuş şairin yubileyi münasibətilə Misirdə silsilə tədbirlər keçirilir.

EPS dillər mərkəzinin rəhbəri İsra Adil bildirib ki, Şərq ədəbiyyatı və fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən olmuş Nizami Gəncəvinin yubileyi münasibətilə tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə kömək edir. O diqqətə çatdırıb ki, Azərbaycan dilini öyrənən tələbələr dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər.

Sonra misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan kiçik tamaşanı təqdim ediblər.

Tamaşanı hazırlayan və rolları ifa edən tələbələrə səfirlik tərəfindən qiymətli hədiyyələr və təşəkkürnamə təqdim olunub.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.