DÜNYA
Misirdə yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb
Qahirə, 20 noyabr, AZƏRTAC
Misirin Minya əyalətində Əbu-Hurğaz magistral avtomobil yolunda mikroavtobusun aşması nəticəsində 12 nəfərin ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Egyptindependent” informasiya portalı məlumat yayıb.
Misir polisinə istinadla qeyd olunub ki, yol-nəqliyyat hadisəsi zamanı yaralanan 11 nəfər isə Minya Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənlərin sayının artacağı ehtimal edilir.
Misir Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə yol qəzaları 17,8 faiz artıb. 2020-ci ilin 9 ayı ərzində 3500 insan avtomobil qəzalarında həyatını itirib. Qəzaların 80 faizinin sürücü xətası, 14 faizinin isə nəqliyyat vasitələrinin nasazlığı səbəbindən baş verdiyi qeyd olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]