Misirin nüfuzlu ali təhsil ocağında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar festival təşkil olunub
AzerTAg.az
Qahirə, 15 mart, AZƏRTAC
Misirlə Azərbaycan arasındakı diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar bu ölkənin Altı Oktyabr Universitetində mədəniyyət festivalı təşkil olunub.
Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri festivalda iştirak ediblər.
Festivalda təşkil edilən Azərbaycana məxsus guşədə ölkəmizin mədəniyyətinə, tarixinə, son illər əldə etdiyi nailiyyətlərə, elədə də Xocalı soyqırımına aid baner, kitab və buroşürlər nümayiş olunub.
Qonaqlar, habelə universitetin rektor, müəllim və tələbə heyəti bu guşə ilə tanış olub, onlara Azərbaycan haqqında kitab və rəmzi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, sözügedən tədbir Misir mətbuatında geniş şəkildə işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə




Xəbərin mətnində orfoqrafik səhv var