İDMAN


Mixael Şumaxerin oğlu “Formula-3”-ün çempionu olub

Bakı, 14 oktyabr, AZƏRTAC

Əfsanəvi pilot, “Formula-1”-in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu titulunu qazanıb.

AZƏRTAC xəbər verir ki, 19 yaşlı Mik Şumaxer yarışların Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq ən yaxın izləyicisi Den Tiktuma üçün əlçatmaz olub. Bu mövsümdə o, “Formula-3”-də səkkiz yürüşü udub. Mik bir il əvvəl özünün debüt mövsümündə çempionatın yekunlarına əsasən 12-ci yeri tutmuşdu.

Onun atası 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Mixael Şumaxerin yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər. Miki dəstəkləmək üçün Hokkenhayma onun anası gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.