DÜNYA
Moldovada qadınlar sayca üstündür
Kişineu, 7 mart, AZƏRTAC
Moldovada hər 100 qadına 93 kişi düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Milli Statistika Bürosunun məlumatında qeyd edilir.
Moldovada qadınlar kişilərdən təxminən 8 il çox yaşayırlar. 25-64 yaşlarında olan moldovalı qadınların ali təhsil səviyyəsi kişilərdən 5 faizədək çoxdur.
Bu ölkədə işə götürülən qadınların sayı demək olar ki, işləyən kişilərin sayına bərabərdir - kişilər 50,5 faiz və qadınlar 49,5 faiz. Qadınlar əkinçilik sektorunda, sənaye və tikinti sahələrində işləməyə daha az maraqlıdırlar, lakin ticarət, mehmanxana və restoranlar, təhsil, səhiyyə və sosial yardım kimi iqtisadi fəaliyyətlərdə üstünlük təşkil edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]