ELM VƏ TƏHSİL


Molla Qasım Zakirin ilk şeirlər toplusu çapdan çıxıb

Bakı, 29 sentyabr, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyat və yaradıcılığı haqqında cüzi məlumata malik olduğumuz, XIX əsrdə yaşamış istedadlı şair Molla Qasım Zakirin ilk şeirlər toplusu nəşr edilib.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabı nəşrə hazırlayanlar və ”Ön söz”ün müəllifləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Nəşrə Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova redaktorluq ediblər.

Qeyd edək ki, Molla Qasım təqribən 1800-cü ildə dünyaya gəlib, 1845-ci ildə vəfat edib. Mirzə Fətəli Axundzadə və Qasım bəy Zakirin müasiri olmuş Molla Qasımın əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilib. Şeirlərində həyati gerçəklikləri əks etdirən, dünyəvi məhəbbəti tərənnüm edən şairin bu kitabına onun qələmindən çıxmış qoşma, gəraylı, qəzəl, müxəmməs, müstəzad, müsəddəs, müsəmmən, müəşşər və mənzum məktublar daxil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.