ORDU
Müdafiə Nazirliyi: Erməni tərəfi vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yaymaqda davam edir VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Erməni tərəfi cari il dekabrın 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Əgər erməni tərəfinin “təkzibolunmaz sübutları” varsa, təqdim etsin. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə nazirliyin məlumatında bildirilir.