MƏDƏNİYYƏT


Musiqi məktəblərinin müəllimləri üçün ustad dərsi keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində Baş İdarənin və Şəhər (rayon) Regional Mədəniyyət idarələri nəzdində fəaliyyət göstərən uşaq musiqi məktəbləri və uşaq incəsənət məktəblərinin müəllimləri üçün xormeyster Məhin Orucovanın “xor dirijorluğu” ixtisası üzrə ustad dərsləri keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ustad dərsləri XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil edilib.

Dərslərdə məktəbin “Cırtdan” (kiçik) və “Renessans” (böyük) xorları ilə müxtəlif əsərlər üzərində iş aparılıb, xor fənninin tədrisi metodikası, uşaq xoru ilə işin mahiyyəti, professional uşaq xorunun yaranma metodları və s. bu kimi mövzular dinləyicilərə çatdırılıb.

Sonda M. Orucova xormeysterləri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.