MƏDƏNİYYƏT


Musiqili Teatrdan tamaşaçılara müraciət – “Peyvənd olunaq ki, tezliklə görüşə bilək”

Bakı, 3 may, AZƏRTAC

Maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində belə fəal iş rejimində olmağa can atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “Peyvənd olunaq ki, tezliklə görüşə bilək” çağırışı ilə sevimli tamaşaçılarına müraciət edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, günümüzün vacib mövzusunu — peyvənd olunmaq kimi mühüm çağırışı hər kəsə ünvanlayan qısametrajlı videoçarx teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.

Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.

Koronavirus əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır.

Layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur.

Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.