Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub

Kəngərli, 16 noyabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycanın kənd təsərrüfatı potensialı - torpaqlarımız, hava, su kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, bundan səmərəli istifadə olunmalıdır”.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Muxtar respublikada torpaq ehtiyatlarından düzgün istifadə olunur, meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Naxçıvanda torpaq və su ehtiyatları kompleks şəkildə əkinçiliyin inkişafına yönəldilir. Uzun müddət suvarılmayan torpaq sahələrindən bol məhsul götürülür, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılır. Son illər muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında dövlət vəsaiti hesabına 5 min hektardan artıq qapalı suvarma şəbəkələri qurularaq sakinlərin istifadəsinə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, noyabrın 16-da Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 810 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılıb. Su sahələrə Araz Su Anbarından qidalanan nasos stansiyası vasitəsilə vurulur və öz axını ilə şəbəkəyə ötürülür. Ərazidə 6100 metr ana xətt, uzunluğu 79 min 287 metr olan paylayıcı suvarma şəbəkəsi çəkilib, 763 hidrant və 3 istiqamətdə çıxışı olan dəmir-beton hovuzları quraşdırılıb. Boru xəttinin deformasiyasına qarşı 15 temperatur kompensatoru quraşdırılıb. Suyun sahəyə növbə ilə verilməsini təmin etmək üçün xətlərin üzərində 131 siyirtmə qoyulub. Həmçinin bildirilib ki, Kəngərli rayonu ərazisində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 339 hektar sahədə də yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır. Ərazidə 40 kilometrə yaxın boru xətti çəkiləcək, 251 hidrant qoyulacaq, drenaj və kollektorlar quraşdırılacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Yeraltı şəbəkənin qurulması ərazidəki torpaqların əkin dövriyyəsinə qatılmasını təmin etmişdir. Kəngərli rayonunda işlərə 2015-ci ildən başlanılmış və 2 min hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsi qurulub istifadəyə verilmişdir. Torpaqların əkin dövriyyəsinə qatılması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Eyni zamanda, yeni iş yerləri açılır, ailələrin yaşayışı yaxşılaşır, ən əsası isə muxtar respublikada məhsul bolluğu yaradılır. Görülən işlər yalnız “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin deyil, həm də bələdiyyə və dövlət mülkiyyətinə aid olan torpaqların da su təminatını yaxşılaşdıracaqdır. 810 hektarın 574-ü “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin, 46 hektarı bələdiyyə, 190 hektarı isə dövlət mülkiyyətinə məxsus torpaqlardır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülərək əkiləcəkdir. Artıq bu torpaqların bir hissəsində əkin işləri aparılır. Həmçinin ərazinin davamlı su təminatını yaxşılaşdırmaq üçün Araz çayı üzərində müasir nasos stansiyası tikilir. Həmin nasos stansiyası istifadəyə verildikdən sonra əlavə 1000 hektara yaxın torpaq sahəsi də əkin dövriyyəsinə qatılacaqdır.

Ali Məclisin sədri deyib: Su təminatı, əkinəyararlı və bərəkətli torpaqlar olan yerdə inkişaf təmin olunur və ərzaq bolluğu yaranır. Çünki ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əgər bu sahədə işlər düzgün qurularsa, o zaman iqtisadiyyat da inkişaf edəcəkdir. İqtisadiyyatın lokomotivi isə kənd təsərrüfatıdır. Ona görə aqrar sahənin inkişafı daim diqqət mərkəzindədir. Hər il qurulan qapalı suvarma sistemləri, nasos stansiyaları, eləcə də müxtəlif suvarma metodlarından - damcı və çiləmə üsullarından istifadə muxtar respublikada müasir suvarma şəbəkələrinin yaradılmasına imkan vermişdir. Müasir suvarma şəbəkələri məhsuldarlığın və gəlirlərin artması, torpaqların şoranlaşmasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması deməkdir. Torpaqların əkin dövriyyəsinə qatılması ailə təsərrüfatlarının inkişafına da böyük dəstək verəcəkdir.

Ali Məclisin sədri qapalı suvarma şəbəkəsinin tikintisinin yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparıldığını bildirib, bu işdə əməyi olanlara təşəkkür edib.

Böyükdüz kənd sakini Qılman Əhmədov göstərilən qayğıya görə sakinlər adından Ali Məclisin sədrinə minnətdarlıq edərək deyib: “Bu gün qədim diyarımızın bütün bölgələri abadlaşır, yeni məktəblər, sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Ordu quruculuğuna muxtar respublikada göstərilən diqqət və qayğının nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi naxçıvanlılar Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bu çox qürurvericidir. Mən kənd sakinləri adından Ali Məclisin sədrini qələbə münasibətilə təbrik edirəm. Kəngərli də yarandığı dövrdən böyük inkişaf yolu keçib. Qısa zamanda rayonunun bütün kəndləri abadlaşdırılıb, yollar salınıb. İnsanların rahat yaşayışı təmin edilib. Kəngərli rayonu aqrar bölgə olduğundan burada kənd təsərrüfatının inkişafı daim diqqətdə saxlanılıb. Torpaqların su təminatının yaxşılaşdırılması, xüsusilə istifadəyə verilən qapalı suvarma şəbəkələri Böyükdüz, Xok və Yurdçu kəndlərində əkinçiliyin inkişafına səbəb olub. Böyükdüz kəndinin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Əvvəllər yem ehtiyatını qonşu kəndlərin hesabına təmin edirdik. Lakin torpaqların su təminatının yaxşılaşdırılması əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, bol yem ehtiyatı da yaradıb”.

Ali Məclisin sədri qapalı suvarma şəbəkəsinin tikintisində iştirak edənləri hədiyyələrlə mükafatlandırıb.

Sonra Ali Məclisin sədri qapalı suvarma şəbəkəsini işə salıb.

Ali Məclisin sədri ərazidə qoruyucu yaşıllıq zolaqlarının salınması, qapalı suvarma şəbəkələri tikilərkən kollektor və drenaj sistemlərinin qurulmasına diqqət yetirilməsi, Tivi və Külüs kəndlərində yeni qapalı suvarma şəbəkələrinin layihələrinin hazırlanması barədə tapşırıqlar verib.

X X X

Muxtar respublikada torpaqlarımız qorunmaqla yanaşı, həm də əkilir. Çünki ordu ölkənin müdafiə təhlükəsizliyini, kənd təsərrüfatı isə iqtisadi təhlükəsizliyini təmin edir. Hazırda Naxçıvan Muxtar Respublikasında yerli istehsalın həcminin artması, daxili tələbatın ödənilməsi və kənd təsərrüfatı məhsullarının ixrac potensialının yaradılması son 25 ildə həyata keçirilən aqrar islahatların bəhrəsidir. Böyükdüz kəndinin torpaq sahələri də uzun müddət əkin dövriyyəsindən kənarda qalmışdı. Lakin 2015-2020-ci illərdə kəndin torpaqlarında 2 min hektara yaxın qapalı suvarma şəbəkəsi tikilib, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün əkin sahəsi ayrılıb. Vaxtilə əkilməyən bu torpaqlar hazırda muxtar respublikanın toxuma olan tələbatını ödəyir. Eyni zamanda, kənd sakinləri bol məhsul istehsal edirlər. Bütün bunlar isə iqtisadi inkişafın mühüm göstəricisi olmaqla yanaşı, həm də torpağa sahiblik və bağlılıq nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq