DÜNYA
Myanmada radarlardan itən təyyarənin parçaları dənizdə aşkarlanıb
Bakı, 7 iyun, AZƏRTAC
Bu gün Myanmada radarlardan itən hərbi təyyarənin parçaları Andaman dənizində aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, France Press agentliyinin hakimiyyət orqanlarına istinadla verdiyi məlumata görə, xilasedicilər təyyarənin qırıntılarını Tavoy şəhərindən 218 kilometr aralıda aşkarlayıblar. Hazırda axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Xatırladaq ki, göyərtəsində hərbçi ailələrinin üzvlərindən ibarət 106 sərnişinin və 11 ekipaj üzvünün olduğu təyyarə Myanmanın cənub sahilində yerləşən Mıey şəhərindən Yanqona uçurdu. Təyyarə ilə əlaqə yerli vaxtla saat 13:35-də kəsilmişdi.
Axtarış-xilasetmə əməliyyatlarına dəniz gəmiləri və aviasiya da cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]