REGİONLAR


Naxçıvan Dövlət Tarix Muzeyinə 340 yeni eksponat təqdim olunub

Naxçıvan, 10 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov muxtar respublikada mədəniyyət müəssisələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Vurğulanıb ki, digər muzeylər kimi, Naxçıvan Dövlət Tarix Muzeyinin də fondu ildən-ilə zənginləşir. 2018-ci ildə muzeyə 346 eksponat daxil olmuşdursa, cari ilin birinci yarısında muzey fondu 529 eksponatla daha da zənginləşdirilib.

Qeyd edilib ki, bu gün muzeyə İkinci Dünya müharibəsi veteranları, mərhum Adil Cəfərova və Yunis Qasımova aid 340 eksponat təqdim olunur. Bu eksponatlar içərisində hər iki veteranın təltif olunduğu orden və medallar, onların vəsiqələri, tarixi sənədlər, foto¬şəkillər, xəritə-sxemlər və digər şəxsi əşyaları var.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Adil Cəfərovun oğlu Fəxrəddin Cəfərov, Yunis Qasımovun nəvəsi Anar Xudiyev və Naxçıvan şəhər sakini Xoşqədəm Bağırova təqdim olunan eksponatların gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söhbət açıblar.

Sonda tədbir iştirakçıları yeni eksponatlarla yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.