REGİONLAR


Naxçıvanda 1 milyard 545 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunub

Naxçıvan, 21 avqust, AZƏRTAC

Muxtar respublikada 2019-cu ilin yanvar-iyul aylarında 1 milyard 545 milyon 776 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3382,4 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.