REGİONLAR


Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda boks turnirinə start verilib

Naxçıvan, 11 may, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən boks üzrə muxtar respublika turnirinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yeniyetmə və gənc idmançıları əhatə edən turnirin mükafatçıları olimpiya sisteminə əsasən müəyyən ediləcək. 17 çəki dərəcəsi üzrə 90-a yaxın boksçu (7 komanda) medallar uğrunda mübarizə aparır.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, perspektivli gəncləri yığma komandaya cəlb etmək və kütləviliyə nail olmaq məqsədilə keçirilir.

Turnirin final görüşləri və mükafatlandırma mərasimi mayın 13-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.