REGİONLAR


Naxçıvanda qanunvericiliyin tələbini pozan əcnəbilər aşkarlanıb

Naxçıvan, 11 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən oktyabr ayında muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 534 müraciət daxil olub. Daxil olan müraciətlərdən 170-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi və yenidən rəsmiləşdirilməsi, daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 364 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 247-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.