İQTİSADİYYAT


Nazir: Aİ ilə Azərbaycanın nəqliyyat və İKT sahələrində əməkdaşlığı üçün böyük potensial var

Bakı, 13 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında nəqliyyat və İKT sahələrinin bir çox istiqamətləri üzrə əməkdaşlıq üçün böyük potensial var.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində təşkil olunan panel müzakirədə deyib.

Nazir qısa zaman öncə ölkəmizdə təqdimatı keçirilən “EU4Digital layihəsi”ni xüsusi vurğulayıb.

“Düşünürəm ki, bu layihə “Şərq tərəfdaşlığı” ölkələrinin sosial və iqtisadi inkişafı üçün çox böyük potensiala malikdir. Bizim üçün əsas istiqamətlərdən biri də ölkədə startap ekosisteminin inkişaf etdirilməsidir. Buna görə də davamlı olaraq proqramlar və layihələr həyata keçirilir. İnanıram ki, bugünkü görüş ortaq məqsədlərimizə nail olmağa xidmət edəcək”, - deyə R.Quluzadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.