İDMAN


“Neftçi” Futbol Akademiyasının direktoru Mik Benetlə müqavilə artırılıb

Bakı, 16 may, AZƏRTAC

“Neftçi” Futbol Akademiyasının direktoru Mik Benetlə müqavilə 1 il müddətinə artırılıb. Fəaliyyəti rəhbərlik tərəfindən qənaətbəxş hesab edilən 56 yaşlı ingiltərəli mütəxəssis 2019/2020-ci il mövsümünün sonunadək bu vəzifəni yerinə yetirəcək.

AZƏRTAC xəbər verir ki, son mövsümdə “Neftçi” Futbol Akademiyasının U-15 və U-12 komandaları qızıl, U-13 və U-10 gümüş, U-19, U-17 və qızlardan ibarət U-13 komandası isə bürünc medal qazanıb. U-16 komandası mövsümü 5-ci pillədə bitirib. U-11 və U-14 isə 1/4 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin “Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U-18, "Yovil Taun”un akademiyası, "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində çalışıb. Mütəxəssis UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.