REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək
Bakı, 13 noyabr, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 16-da saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Bərdə rayonunda (020) 205-15-15, Yevlax rayonunda (022) 336-46-46, Tərtər rayonunda (022) 236-15-54, Ağdam rayonunda isə (026) 325-06-22 nömrəli telefonlara zəng etmələri xahiş olunur.