İQTİSADİYYAT


Nəsimi rayonunda Mirəsədulla Mirqasımov küçəsi əsaslı şəkildə təmir olunub VİDEO

Bakı, 16 avqust, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Mirəsədulla Mirqasımov küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.

Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ortalama eni 17,5 metr təşkil edən küçənin uzunluğu 780 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 2150 kvadratmetr səki bərpa olunub, 700 p /metr yeni səki daşı düzülüb.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 14 min 586 kvadratmetr əraziyə asfalt-beton örtüyü döşənib.

Təmir işləri zamanı küçədə yeni yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 kilometrdir.

Ötən il “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6,4 kilometr uzunluğa malik küçələrdə təmir işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.