İDMAN


Neymar: Messi mənim pərəstişgahımdır

Bakı, 31 oktyabr, AZƏRTAC

PSJ klubunun hücumçusu Neymar “Barselona”nın forvardı Lionel Messini özü üçün pərəstişgah hesab etdiyini bildirib.

AZƏRTAC “The Players Tribune” nəşrinə istinadla xəbər verir ki, braziliyalı Neymar və argentinalı Messi əvvəllər eyni klubda oynayıblar.

“The Players Tribune” Neymarın bu sözlərini sitat gətirir:

-Mən Messini və Kriştianu Ronaldunu tanıyıram, Lionel ilə oynamışam. Mənim nəzərimdə o, bütün zəmanələrin ən böyük futbolçularından biri, futbolda mənim pərəstişgahımdır. Mən məşqlərdə hər gün Messini müşahidə edirdim, ondan öyrənirdim. Bunun sayəsində daha güclü olmuşam.

Neymar daha sonra deyib: “Ronaldu isə “əjdaha”dır. Ona qarşı oynamaq çox maraqlı və əyləncəlidir. O, daha hiyləgər, daha ağıllı oynamağı öyrədir. Ronaldu və Messi mənim tanıdığım iki ən yaxşı oyunçudur. Daha çox mükafat qazanmağın, daha çox qol vurmağın yollarını belə oyunçulardan öyrənmək istəyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.