MƏDƏNİYYƏT
Nikolay Xalip: Atam haqqında onu deyə bilərəm ki, o, daha çox insanları çəkməyi sevirdi
Bakı, 19 noyabr, AZƏRTAC
Heydər Əliyev Mərkəzi ilə tanışlıq doğrusu məni heyran etdi. Sərgidə gördüklərim də mənə xoş təsir bağışladı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Mərkəzində təşkil olunan foto-sərgi zamanı fotoqraf Yakov Xalipin oğlu Nikolay Xalip deyib.
“Sərgi böyük zövqlə təşkil olunub. Sərginin hər bir otağı müxtəlif rənglərdə hazırlanıb. Hesab edirəm ki bu, çox maraqlı bir ideyadır. Buna görə də təşkilatçılara, onların çəkdiyi zəhmətin qarşısında öz dərin minnətdarlığımı bildirirəm. Yakov Xalipin əvvəlki sərgilərində də olmuşam. Atam haqqında onu deyə bilərəm ki, o, daha çox insanları çəkməyi sevirdi. Hazırkı sərgi də mənim bu fikrimi təsdiqləyir. Xalip Sovet mətbuatında çalışan, bir çox müəssisələrində çəkilişlər aparan fotoqraf olub. Yəqin başa düşdünüz ki, onun fəaliyyəti təbliğatla bağlıdır. Ötən əsrin 60-cı illərində Sovetlər İttifaqının buzları əriyəndə Yakov tez-tez xaricə gedir, həyatın daha çox insani tərəfinə diqqət ayırmağa çalışırdı. Məhz bu səbəbdən onun sonrakı fotoları sosializmin qələbəsini əks etdirmir, əksinə insani keyfiyyətləri üzə çıxarır”, - deyə N.Xalip bildirib.