MƏDƏNİYYƏT


Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi konsert təqdim edib

Bakı, 8 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimlərinin sinif konserti keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, proqramda xarici bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərləri yer alıb. Şagirdlər solo çıxış, fortepiano ansamblı və müşayiət bacarıqlarını səhnədə nümayiş etdiriblər.

Qeyd edək ki, violində öz möhtəşəm çalğısı ilə müşayiət edən Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə müavini Kənan Mayılov olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.