MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Əbədiyyət yolu” sənədli filminin nümayişi başlayır VİDEO
Bakı, 1 may (AZƏRTAC). Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişi layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar mayın 1-dən “Əbədiyyət yolu” sənədli filminin nümayişi başlayır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş film mayın 10-dək hər gün saat 10:30, 12:25 və 16:40-da göstəriləcəkdir.
Film haqqında daha geniş informasiyanı Nizami Kino Mərkəzinin “Facebook” səhifəsindən öyrənmək mümkündür: https://www.facebook.com/NizamiCinema?rf=482176415135559