İQTİSADİYYAT


Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir

Bakı, 18 may, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri icra olunur. Sadalanan təmir işləri 8 min kvadratmetrə yaxın sahəni əhatə edib.

Əsaslı təmir işləri çərçivəsində Tofiq Abbasov küçəsinin Əli Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin rahat və təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət axınının istiqamətləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur.

Bundan başqa sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 kilometr təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 kilometr təşkil edən 7 küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.