DÜNYA
Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 11-13-də Norveçin cənub-qərbində yerləşən Bergen muzeyindən Vikinqlər dövrünə aid 400 əşya oğurlanıb.
AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, bu barədə muzeyin direktoru məlumat verib. O qeyd edib ki, oğurlanan əşyaların bazar dəyəri yoxdur, lakin onların çox böyük tarixi əhəmiyyəti var. Əgər oğurlanan əşyalar qaytarılmasa, bu, son 200 ildə Norveç muzeylərindəki ən böyük oğurluq hadisəsi olacaq.
Bildirilir ki, oğrular muzeyə yeddinci mərtəbədən daxil olublar. Onların bir neçə nəfər olduğu ehtimal edilir.
Norveç polisi hadisə ilə bağlı araşdırma aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]