Novruz bayramı Gürcüstanın Qardabani rayonunda qeyd olunub
AzerTAg.az
Tbilisi, 20 mart, AZƏRTAC
Novruz bayramı Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Qardabani şəhər Mədəniyyət və İstirahət Parkında Novruz şənliyi təşkil edilib. Tədbirdə Kvemo Kartli üzrə Dövlət Müvəkkili Giorgi Doxturişvili, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı və Kaxa Koberidze həmçinin yerli hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Novruz ənənələrinə uyğun olaraq bəzədilmiş parkda əvvəlcə bayram tonqalı alovlandırılıb.
Rəsmilər Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.
Tədbir çərçivəsində müxtəlif əl işlərindən ibarət sərgi açılıb, şirniyyat və müxtəlif mətbəx nümunələri təqdim olunub. Bayram şənliyində müxtəlif idman növləri üzrə yarışlar da keçirilib. Qaliblərə mükafatlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin mətnində orfoqrafik səhv var