CƏMİYYƏT
Noyabrın 23-də Azərbaycanda COVID-19 əleyhinə 466 doza vaksin vurulub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 466 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 130, ikinci doza vaksinlərin sayı 90, üç və daha çox doza vaksinlərin sayı 211, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 35-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 919 min 663, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 110, ikinci mərhələ üzrə 4 milyon 873 min 382, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 390 min 461, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 710-dur.