CƏMİYYƏT


Nur-Sultanın ən hündür binalarından birində Azərbaycanın Dövlət Bayrağı nümayiş olunur

Nur-Sultan, 27 sentyabr, AZƏRTAC

Qazaxıstanın Nur-Sultan şəhərindəki ən hündür binalardan birinin üzərində (“Qazaxıstan Dəmir Yolları”) 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağı nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq videoproyeksiya edilir.

Qeyd edək ki, üçrəngli bayrağımız sentyabrın 27, 28, 29-da Anım Günü, oktyabrın 18-də Müstəqillik Günü, noyabrın 8-də isə Zəfər Günü münasibətilə dalğalandırılacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.