MƏDƏNİYYƏT


Nursultan Nazarbayev azərbaycanlı yazarı təltif edib

Bakı, 4 iyun, AZƏRTAC

Tanınmış yazar Əkbər Qoşalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 3 iyul tarixli təqdimatı, qardaş ölkənin Elbası Nursultan Nazarbayevin imzası ilə medalla təltif edilib.

AZƏRTAC xəbər verir ki, medal Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş və onun rəhbərliyi ilə fəaliyyət göstərən Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 25 illiyi münasibətilə təsis olunub.

Qeyd edək ki, Əkbər Qoşalı bundan əvvəl də qardaş ölkənin nüfuzlu “Alaş” Beynəlxalq Ədəbi Mükafatına, Tölegen Ayberqanov Ədəbi Mükafatına və “Gültekin” medalına, habelə Qazaxıstan Mədəniyyət-İdman Nazirliyinin fəxri fərmanına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.