ÖZBƏKİSTANDA HEYDƏR ƏLİYEV HAQQINDA GENİŞ MATERİAL DƏRC OLUNMUŞDUR
Məqalədə deyilir ki, Heydər Əliyev öz ömrünü Vətənin çiçəklənməsi və firavanlığına, onun bütün dünyada tanınmasına həsr etmişdir. O, Azərbaycanın tarixində adil və aqil rəhbər, xalq və millətin xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideri kimi qalmışdır.
Məqalədə Heydər Əliyevin Sovet İttifaqı dövründəki fəaliyyətinə də yer ayrılmışdır.
Orada deyilir ki, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasında Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ulu öndərin təşəbbüsləri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və Özbəkistan-Azərbaycan münasibətlərinin indiki səviyyəyə qalxmasında Heydər Əliyevin xidmətləri haqqında da geniş söhbət açılır.
Məqalənin sonunda deyilir ki, Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, paytaxtın küçələrindən biri onun adını daşıyır. Daşkənddə Heydər Əliyevin abidəsi də ucaldılmışdır.
Material şəkillərlə müşayiət olunmuşdur.