SİYASƏT
ÖZBƏKİSTAN TELEVİZİYASINDA AZƏRBAYCAN PREZİDENTİ HAQQINDA VERİLİŞ HAZIRLANACAQ
Azərbaycanın Daşkənddəki səfiri Aydın Əzimbəyov Özbəkistan Teleradio Şirkətinin sədri Əbdisəid Kuçimovla görüşmüşdür. Görüşdə Özbəkistan televiziyası ilə Azərbaycan dilində efirə gedən aylıq “Azərbaycan” proqramında müntəzəm olaraq ölkəmizin siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı informasiyaların verilməsi, proqramın efir vaxtının artırılması və digər məsələlər müzakirə edilmişdir.
S. Kuçimov demişdir ki, Azərbaycan və Özbəkistan prezidentləri Heydər Əliyev və İslam Kərimovu yaxın dostluq əlaqələri birləşdirir. Özbəkistan televiziyasında Böyük siyasətçi Heydər Əliyevin həyat yoluna, fəaliyyətinə həsr edilmiş xüsusi verilişin hazırlanması hər birimizin ürəyincədir.
Söhbət zamanı Özbəkistan və Azərbaycan teleradio şirkətlərinin əməkdaşlığına, o cümlədən xalqlarımızın tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı videomaterialların mübadiləsi məsələlərinə toxunulmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd