İQTİSADİYYAT


Ödəniş kartlarının sayı fevralın sonunda 13,6 milyon ədədə çatıb

Ödəniş kartlarının sayı fevralın sonunda 13,6 milyon ədədə çatıb

Bakı, 30 mart, AZƏRTAC

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayının sonunda ötən aya nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,4 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16,9 faiz, kredit kartları üzrə 28,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1,5 milyon ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.