CƏMİYYƏT


Ölkə ərazisində hava şəraiti dəyişəcək

Bakı, 13 sentyabr, G.Mahmudlu, AZƏRTAC 

Yaxın bir neçə gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik müşahidə edilməyəcək. Havanın temperaturunun iqlim normasından bir qədər yüksək olması proqnozlaşdırılır. Mülayim cənub-şərq və şərq küləyi əsəcək. Lakin sentyabrın 17-dən başlayaraq respublika ərazisində hava şəraiti dəyişəcək. Havanın hərarətinin bu günlərə nisbətən tədricən 4-6 dərəcə enəcəyi, bəzi bölgələrdə yağış yağacağı, şimal küləyinin güclənəcəyi ehtimal edilir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva, həmçinin sentyabrın ikinci ongünlüyünün ikinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyini də qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.