CƏMİYYƏT


Ombudsman beynəlxalq təşkilatlara azərbaycanlılara qarşı nifrət cinayətlərinə dair hesabat ünvanlayıb

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.

Hesabatın hazırlanmasında ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

Ombudsman hesabatında beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövlətinin və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səyləri birləşdirməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.