Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

On beş il: sabit və təhlükəsiz Azərbaycan

On beş il: sabit və təhlükəsiz Azərbaycan

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür. AZƏRTAC Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun Azərbaycanın son 15 ildə uğurlu inkişaf yolu barədə məqaləsini təqdim edir.

Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları - xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Zəmanəmizin dühası ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxartdı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Xüsusilə də ona görə minnətdardır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 15 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas ifadələrdir. Sözün həqiqi mənasında son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınıb və böyük nüfuz sahibi olub. Müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin başçısı İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır.

Bu yolda iqtisadi müstəqillik həlledici amildir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Fikrimizi nəzəri mülahizələr, konkret faktlar və arqumentlərlə əsaslandırmağa çalışaq.

Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq müəyyən edilib. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün seçilməsi nəticəsində Azərbaycan hətta dünya maliyyə-iqtisadi böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə malik olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənovun Prezident İlham Əliyevin 15 illik prezidentlik dövrünün dərin elmi-analitik təhlilini apardığı “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində qeyd olunduğu kimi, son 15 il ərzində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atıb. Görkəmli dövlət xadimi Əli Həsənov təkzibedilməz faktlara və arqumentlərə əsaslanaraq qeyd edir ki, 15 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hazırda bu göstərici 45 milyard dollara çatıb. 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da təxminən yarısını xarici investisiyalar təşkil edir. Onu da qeyd edək ki, həmin dövrdə Azərbaycana qoyulan sərmayələr bütün müstəqillik illərində yatırılan investisiyaların 93 faizinə bərabərdir.

Prezident İlham Əliyev hələ 15 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3 Dövlət Proqramı qəbul olunub və onların uğurlu icrası təmin edilib. İlk növbədə infrastruktur layihələrdən başlanılmışdır. Bu, bir həqiqətdir ki, energetika hər bir dövlətin iqtisadiyyatının bel sütunudur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə elektrik stansiyalarının mövcud olmasına “dövlətimizin uğurlu və sürətli inkişafının əsas amili kimi” yüksək qiymət verib. 15 il ərzində 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ilədək Azərbaycanda 9 elektrik stansiyası var idi və ölkəmiz elektrikə olan tələbatı əsasən idxal hesabına ödəyirdi. Hazırda isə özümüzü elektrik enerjisi ilə tam təmin edir və onun ixracını həyata keçiririk. Bu məqsədlə həm ölkə ərazisində, həm də 3 qonşu ölkə ilə - Rusiya, İran və Gürcüstanla elektrik xəttlərini birləşdirmişik. Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı imkanları yaranıb. Bu il elektrik stansiyalarının generasiya gücünün 2900 meqavata çatdırılması nəzərdə tutulur.

2004-cü ildə ölkədə qazlaşdırmanın səviyyəsi cəmisi 51 faiz təşkil edirdisə, hazırda bu göstərici 95 faizə yaxınlaşıb. Bütün şəhərlər 100 faiz qazla təmin edilib.

15 il əvvəl ölkəmizdə əhalinin fasiləsiz olaraq içməli su ilə təminatı 26 faiz səviyyəsində idi. Hazırda bu göstərici 67 faizi ötüb. Bakıda 81 faiz, bölgələrdə isə analoji göstərici 43 faizə bərabərdir. Bu sahəyə də perspektivdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur.

Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri çəkilib, Ceyranbatanda dünyanın ən nəhəng sutəmizləyici qurğusu tikilib istifadəyə verilib. Bu gün bu qurğu vasitəsilə əhaliyə verilən sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Ölkəmizdə son 15 il ərzində geniş meliorativ tədbirlər həyata keçirilib, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi 4 iri su anbarı tikilib. Son illər ərzində hər il təxminən 100 min hektardan çox suvarılmayan torpaqlara su xəttləri, kanallar çəkilib.

Yol çəkilişi həm iqtisadi, həm də sosial layihədir. Son 15 il ərzində bu istiqamətdə çox böyük uğurlara imza atılıb. Təqribən 15 min kilometr yol çəkilib. 2017-ci ildə şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin keyfiyyətli yola olan tələbatı ödənilib. 2018-ci ilin sonunadək 2300 km olmaqla minimum 600 kəndin yolunun çəkilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev sosial yönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə 1,9 milyondan çox yeni iş yeri yaradılıb ki, onun da 1,4 milyonu daimi iş yerləridir. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faizə enib. Maaşlar 5 dəfə, təqaüdlər 8 dəfədən çox artıb. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 1/3-ni təşkil etməklə 7,7 milyard manata bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2017-ci illə müqayisədə 8,6 faiz və ya 650 milyon manat çoxdur. Təkcə əmək haqlarının ödənişi üçün büdcədə 4,2 milyard manat nəzərdə tutulub. Strateji sahələr olan təhsil və səhiyyəyə müvafiq olaraq 2 milyard manat və 741 milyon manat vəsait ayrılıb.

Son zamanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan daha bir tədbir də əhali arasında geniş rezonansa səbəb olub, böyük məmnunluq hissi doğurub. Bu, dünya praktikasında rast gəlinməyən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı aksiyadır. 2017-ci ildə 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib. Bu il də bu proses uğurla davam etdirilir.

Ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik. “ASAN xidmət” Azərbaycan məhsulu, ixtirası və brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə məhz xalqın rifahı, vətəndaşın rahatlığı üçün yaradılıb. Təsadüfi deyil ki, bu günədək 24 milyondan çox vətəndaşın müraciətinin daxil olduğu “ASAN xidmət”in fəaliyyətindən vətəndaşların məmnunluq faizi 100 faizə yaxındır. Bu baxımdan “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülməsi də təsadüfi sayılmamalıdır.

Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəldib. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilib, qəsəbələr salınıb, yeni iş yerləri yaradılıb və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunub.

Ümummilli lider Heydər Əliyevin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda məskunlaşmış məcburi köçkünlərlə keçirməsi, növbəti seçkilərdə ən layiqli namizəd İlham Əliyevin də eyni addımı atması təsadüfi deyildi. Bu görüşlər respublika əhalisinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının təzahürü idi. Həmin vaxt prezidentliyə namizəd İlham Əliyev vəd etmişdi ki, əgər o, prezident seçilərsə, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Prezident seçkilərindən sonra xalqımız verilən vədin layiqincə yerinə yetirilməsinin şahidi oldu. Həmin qayğı təkcə bununla kifayətlənmədi.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam imzalanıb. Bu günə qədər 265 min köçkün yeni evlərlə və mənzillərlə təmin edilib. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda 150 ev tikilib, Tərtər rayonunun Şixarx qəsəbəsində isə 1170 köçkün ailəsinə mənzillər təqdim olunub. 2017-ci ildə 12 min köçkün ailəsi mənzillərlə təmin edilib. Bu il daha 20 min köçkün ailəsinin mənzil sahibi olması nəzərdə tutulur.

Bu xeyirxah missiya Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Məlum olduğu kimi, keçən il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. İlk müşavirənin, məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı iqtisadi uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Dünya Bankı tərəfindən dərc edilən “Doing Business 2018” hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib. Avropa və Mərkəzi Asiyada daha çox islahat aparan 3 ölkədən biri hesab olunub. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 137 ölkə arasında 35-ci mövqeyə layiq görülüb. Müqayisə üçün qeyd edək ki, analoji parametr üzrə Azərbaycan 2005-ci ildə 69-cu yeri tuturdu. Deməli, son 13 il ərzində mövqeyimiz 34 pillə irəliləyib. MDB məkanında isə 2009-cu ildən bəri liderlik mövqeyini qoruyub saxlaya bilmişik.

Müqayisə üçün onu da xüsusi olaraq vurğulayaq ki, həmin indikator üzrə “G-20”yə daxil olan İndoneziya 36-cı, Rusiya 38-ci, Hindistan 40-cı, İtaliya 43-cü, Meksika 51-ci, Türkiyə 53-cü, Braziliya 80-ci, Argentina isə 92-ci yerdə bərqərar olub. Qonşu Gürcüstan 67-ci, işğalçı Ermənistan isə 73-cü mövqeyə enib.

İnklüziv inkişaf indeksinə görə isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında (belə ölkələrin sayı 80-dir) 3-cü yeri tutub. Bizdən öndə olanlar yalnız inkişaf etmiş ölkələrdir. Onların sayı 30-dur. Deməli, bu indeksə görə, dünya miqyasında 33-cü yerdəyik. Müqayisə üçün qeyd edək ki, Ermənistan müvafiq indeksə görə inkişaf etməkdə olan ölkələr arasında 45-ci yerə yuvarlanıb.

Dövlətin xarici siyasətinin onun daxili siyasətinin davamı olması da mütləq əksəriyyətin inandığı həqiqətlərdəndir. Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin 15 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılıb. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, “Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır”. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ Prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa belə, sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti, iradəsi böyükdür. Prezident və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması baglanmasına səbəb olan amillər aradan qaldırıldıqdan sonra mümkündür. Bu iki qardaş dövlətin rəhbərləri olan İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu, az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin və nəhayət 2018-ci ilin aprel ayında general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır.

Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 15 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, - fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə Cənub Qaz Dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə Cənub Qaz Dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. TAP üzrə işlər yekun mərhələyə daxil olub.

Bir sözlə, XXI əsrin meqalayihəsi olan və dəyəri 40 milyard dollar səviyyəsində müəyyən edilən Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində həlledici addımlar atılıb. “Şahdəniz” yatağından hasil edilən qaz 3500 kilometr uzunluğunda 3 qaz kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcək.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi Sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər”.

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik edib. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan Mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimi oldu. İmzalanmış kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev onun bir sıra əsas parametrlərinə diqqəti cəlb etmişdir: “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Azərbaycan Prezidentinin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Öz mənşəyi və mahiyyəti etibarilə qaragüruhçu olan bu qüvvələr Prezident İlham Əliyevin xarici siyasətdə prioritet kimi müəyyən etdiyi və uğurla həyata keçirilən ikitərəfli münasibətlər formatının doğurduğu nəticələrdən vahimələnirlər. Məhz bu siyasətin sayəsində Azərbaycanın təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq formatları formalaşmış ( Azərbaycan-Gürcüstan-Türkiyə; Azərbaycan-Gürcüstan-İran; Azərbaycan-İran-Türkiyə; Azərbaycan-İran-Rusiya) bu isə öz növbəsində tərəflərə böyük iqtisadi və siyasi dividentlər gətirməkdədir. 2018-ci ildə tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin 1-ci görüşü keçirilib. Prezident İlham Əliyev bu görüşə tarixi hadisə kimi yüksək dəyər verib.

Bütün bu çoxtərəfli formatların təşəbbüskarı Prezident İlham Əliyev olub. Məhz bu tarixi təşəbbüslərin sayəsində bölgədə sabitlik möhkəmlənir, əməkdaşlıq mühiti güclənir və iştirakçı dövlətlərin iqtisadi maraqları təmin edilir.

Son 15 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Belə ki, Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İranın xarici işlər nazirlərinin dörtərəfli formatda görüşü zamanı Cənub-Qərb nəqliyyat marşrutu ətrafında da məhsuldar müzakirələr aparılıb. Bu təşəbbüsün də müəllifi Prezident İlham Əliyev olub.

Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycan son 15 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda, dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamofoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycanda dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çoxsaylı dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər...Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyllərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir”.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, - deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il 10 illiyini qeyd etdiyimiz “Bakı prosesi”nin əsası qoyulub. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayramlarına ev sahibliyi edib. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-cildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynayıb və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə verib. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan edib. Prezident İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurub.

Heç şübhəsiz, əgər Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti olmasaydı Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha da böyük olardı. Münaqişənin hələ də həllini tapa bilməməsi reallığına baxmayaraq, Azərbaycanın son 15 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyü təmin edilib. Əvvəla, Ermənistanın bütün çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxalq subyekt, o cümlədən rəsmi İrəvanın özü də separatçı rejimin müstəqilliyin tanımayıb. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür. İkincisi, Ermənistanın separatçı rejimdə keçirdiyi son qondarma referendumun nəticələrini heç bir dünya dövləti və ya beynəlxalq təşkilat qəbul etməyib. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsinin bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycanın diplomatik üstünlüyü deməkdir. Nəhayət, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Deməli, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü də təmin edilib. Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyada ön güclü 50 ordu sırasındadır. Azərbaycan paytaxtında keçirilmiş son iki hərbi parad bu həqiqəti növbəti dəfə təsdiqlədi. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşıb. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı son 15 ildə tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi və nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olunan “taqətdənsalma taktikası” öz real nəticələrini verməkdədir. Ən mühüm nəticələrdən biri və bəlkə də, birincisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev 15 il ərzində ən yüksək beynəlxalq kürsülərdən bəyan edirdi ki, Ermənistanda orta əsr təfəkkürlü, qaniçən, korrupsioner, diktatura rejimi mövcuddur və ona rəhbərlik edən şəxsin-Serj Sarkisyanın əlləri Azərbaycan xalqının qanına batmışdır. O və ətrafındakı əshabələri bəşəriyyətə qarşı hərbi cinayət-Xocalı soyqırımı törədiblər. Bu səbəbdən də onlar hərbi canidirlər. Azərbaycan Prezidenti İlham Əliyev onu da hər zaman xüsusi olaraq vurğulayıb ki, bu rejimdən ən çox ziyan çəkən elə erməni xalqıdır. Erməni xalqı bu cinayətkar rejimin girovuna çevrilib. Nə qədər ki, bu xunta rejimi Azərbaycan torpaqlarından çəkilməyib onun heç bir perspektivi yoxdur. Tarix Prezident İlham Əliyevin bu müdrik fikirlərinin 100 faiz dəqiqliyinə şahidlik etdi. Prezident İlham Əliyevin Ermənistanda Serj Sarkisyanın formalaşdırdığı xunta rejimi haqqında söylədiklərini erməni xalqı inqilabi hərəkatlarda təkrarlamaqla təsdiqlənmiş oldu. Xunta rejimi tarixin qaranlıq arxivinə atıldı. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çıxarmalı və konstruktiv davranış tərzi nümayiş etdirməlidir. Bilməlidir ki, Ermənistanda bütüm siyasi və iqtisadi fəlakətlərin əsasında dayanan əsas amil işğalçıllıq siyasətidir. Onun davamı yeni Ermənistan hökumətini də Sarkisyanın sığınacaq tapdığı tarixin çirkli zibilxanasına yuvarlaya bilər. Əksi isə tunelin sonu və işığın bərq vurması deməkdir. Seçim üçün tarix Ermənistana heç də intəhasız vaxt ayrılmayıbdır.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində Azərbaycan Milli intibahin yeni mərhələsini yaşamaqdadır. Azərbaycan uca zirvələr sətənətinə yüksəlib. Bu reallıq mənəvi məmnunluq və gələcəyə daha inamla baxmaq hissi doğursa da, heç bir halda arxayınlaşmağa əsas vermir. Azərbaycanın son 15 il ərzində dinamik inkişafı və yüksəlişini təqdir edən qüvvələr olduğu kimi, bu tərəqqidən narahat olan, ölkəmizdəki siyasi sabitliyi heç bir vəchlə həzm edə bilməyən, xalqla hakimiyyətin həmrəyliyindən təlaş keçirən elə bu səbəbdən də “yuxusuna haram qatılan” qatı əleyhdarlarımız da mövcuddur. Onlar hər zaman səfərbər olmağa və bu inkişafın qarşısına sədd çəkməyə hazırdırlar. Bu vəziyyətin təhlili 2 vacib nəticə çıxarmağa əsas verir: a)bütün sahələrdə qazandığımız uğurlara baxmayaraq, heç bir halda arxayınlaşmaq olmaz. b)əleyhdarlarımız və düşmənlərimiz ayıqdir və ölkəmizə münasibətdə “axilles dabanı” axtarışındadır.

Dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir. Birinci hal dövlət zəif olanda baş verir. Həmin dövlətin ilk növbədə ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan analoji vəziyyəti yaşayıb. İkinci hal isə, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə regional gücə-liderə çevrilib. Deməli, bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq. Son 15 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu zamanın çağırışıdır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər