MƏDƏNİYYƏT


Onbirillik musiqi məktəbinin şagirdləri beynəlxalq festivalda uğur qazanıblar

Bakı, 25 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin qanun sinfində təhsil alan şagirdləri Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” uşaq və gənclərin onlayn II Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalında iştirak ediblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, yaradıcılıq festivalının əsas məqsədi musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, bu istiqamətdə uşaq və gənclərin bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri, eləcə də folklor, klassik və müasir istiqamətlər üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Münsiflər heyətinin yekun qərarına əsasən, İradə Kamilovanın qanun ixtisası üzrə təhsil alan şagirdləri Mehinbanu Bayramlı və Ləman Hacıyeva II, Əli Kərimli isə III yerlərə layiq görülüblər.

“Buta” qanun çalanlar ansamblı isə festivalda III yerə çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.