Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər qalxanabənzər vəzinin nəzarətindədir

Orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər qalxanabənzər vəzinin nəzarətindədir

Bakı, 6 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qalxanabənzər vəzi, uşaqlarda tireoid problemlər, xəstəliyin aşkar edilməsi və müalicə metodları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Azad həkim, ilk öncə bilmək istərdik ki, qalxanabənzər vəzi nədir?

- Qalxanabənzər vəzi insan orqanizmində çox əhəmiyyətli hormon ifraz edən vəzilərdən biridir. Elmi ədəbiyyatlarda qalxanabənzər vəzinə tireoid vəzi də deyilir. Boyunda, qırtlağın önündə yerləşən kiçik bir orqandır. Amma kiçikliyinə baxmayaraq demək olar ki, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər onun nəzarətindədir. Yəni, maddələr mübadiləsinin sürətindən tutmuş sinir sisteminin inkişafına qədər bir çox proses onun ifraz etdiyi hormonlarla tənzimlənir.

- Uşaqlarda tireoid xəstəlikləri olurmu?

- Böyüklərdə olduğu kimi, uşaqlarda da bu vəzinin xəstəliklərinə rast gəlirik. Bu xəstəliklər həm vəzinin fəaliyyətinin az olması, həm çox fəaliyyət göstərməsi, həm də düyünləri ilə əlaqədar ola bilir. Müalicələri böyüklərdəki kimi aparılır. Tireoid xəstəlikləri də anadangəlmə, qazanılmış, müvəqqəti və daimi xarakter daşıya bilir.

- Bəs bu xəstəliklər yenidoğulanlarda da rast gəlinirmi?

- Bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir. Xüsusilə, qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər.

- Uşaqlarda hansı yaş dövründə tireoid xəstəliklərinə daha çox rast gəlinir?

- Demək olar ki, bütün yaş qruplarında rast gəlmək olur. Amma xüsusilə uşaq və yeniyetmə dövründə daha tez rast gəlinir. Bu dövrdə digər baş verən fizioloji problemlərlə yanaşı, əlamətləri daha dəqiq təyin edərək xəstəlik vaxtında müəyyən edilməli və müalicəyə vaxtında başlanılmalıdır.

- Bəs bu xəstəlikləri necə aşkar edək?

- Qalxanabənzər vəzinin çatışmazlığı ilə gedən vəziyyətlərdə inkişaf geriliyi, böyümə sürətinin azalması, yorğunluq, halsızlıq, uşaqlarda nevroloji inkişaf gerilikləri, kobud səs, qəbizlik, göbək yırtığı, quru dəri, zəif və cansız saç, saç tökülməsi və digər əlamətlər müşahidə oluna bilir. Belə əlamətlərlə qarşılaşan zaman mütləq Hipotireoz (tireoid hormonların azlığı) xəstəliyi ağıla gəlməlidir.

Amma əksinə, vəzinin sürətli işlədiyi hallarda isə (hipertireoz, zəhərli zob) ürək döyünməsinin artması, narahatlıq, əsəbilik, əllərdə titrəmə, nəm və isti parlaq dəri, iştahanın artmasına baxmayaraq çəkiitirmə, ishal, bağırsaqda sorulma problemləri və digər əlamətlərə rast gəlinir.

- Hansı hallarda uşaqlarda cərrahi əməliyyata ehtiyac olur?

- Cərrahi əməliyyat ilk müraciət etdiyimiz üsul deyil. Xüsusilə qalxanabənzər vəzinin zəif işləməsi ilə müşahidə olunan vəziyyətlərdə əməliyyata ehtiyac yoxdur. Əməliyyat əsasən qalxanabənzər vəzinin bədxassəli düyünlərində və müalicəyə tabe olmayan toksik ur zamanı aparılır. Bu zaman qalxanabənzər vəzinin əsas hissəsi çıxarıldığı üçün vəzin çatışmazlığı baş verir. Xəstələr çatışmazlığın tənzimlənməsi üçün dərman istifadə edirlər. Yəni, əməliyyat olunmaq o demək deyil ki, uşaq dərman istifadə etməyəcək.

- Doktor, uşaqlarda biopsiya etmək olarmı?

- Qeyd etmək istəyirəm ki, biopsiya ən dəqiq müayinə üsullarındandır. Xüsusilə qalxanabənzər vəzinin şübhəli düyünlərinin aydınlaşdırılması üçün bu üsuldan istifadə edilməlidir. Bu zaman nazik iynə vasitəsilə ultrasəs aparatının nəzarətində şübhəli düyündən kiçik hissə götürülür və əkilmə üsulu ilə diaqnoz təsdiqlənir. Adətən valideynlər bu üsuldan qorxurlar. Buna əsas səbəb el arasında “düyünə toxunsan bədləşə bilər” fikridir. Bunu da burada qeyd edək ki, bu fikrin elmi əsası yoxdur. Əksinə, əgər incə iynə biopsiyası vasitəsilə bu düyünlərin xarakterlərini müəyyən etməsək və diaqnozu gecikdirsək, bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər.

- Yod çatışmazlığının qalxanabənzər vəzi ilə necə əlaqəsi var?

- Yod insan orqanizmində qalxanabənzər vəzi hormonlarının tərkibində mövcuddur. Yod qalxanabənzər vəzin hormonları üçün əvəzsiz “tikinti materialıdır”. Yodun çatışmazlığı elə qalxanabənzər vəzinin çatışmazlığı deməkdir. Ölkəmizin bəzi regionları yod çatışmazlığına görə endemik zonalara aiddir. Amma bu o demək deyil ki, yodu kontrolsuz qəbul etmək lazımdır. Yod çatışmazlığı yoxdursa, lazımsız qəbul edilən yod, əksinə, yan təsirlərə yol aça bilər.

- Qalxanabənzər vəzinin normal vəziyyətini saxlamaq üçün nə etmək lazımdır?

- Qalxanabənzər vəzinin normal vəziyyətini saxlamaq, həmçinin onun müalicəsi üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. İlk öncə xəstələrə qida rasionuna riayət etmək tövsiyə olunur:

• dəniz və tərkibində yod olan bütün məhsulları rasiona daxil etmək;

• adi duz yodlaşdırılmış duzla əvəz edilməlidir;

• yodun daha yaxşı mənimsənilməsi üçün selenium tərkibli qidaları və ya selenium əlavələrini rasionunuza daxil edin.

Qalxanabənzər vəzi xərçənginin, eləcə də diffuz düyünlü zobun qarşısının alınması düzgün qidalanma və pis vərdişlərdən imtina ilə başlayır. Toksik zobun səbəbi bir çox hallarda stres və qeyri-sağlam həyat tərzidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycanın Belarus əsilli Milli Qəhrəmanının xatirəsi anılıb

Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək

Azərbaycan və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər

Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Ombudsman: Azərbaycanın dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib

Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

Politoloq: Naxçıvan yeni nəqliyyat qovşağına çevrilir

Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini anıblar

Günay Əfəndiyeva: Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir

Qaradağ rayonunda Anım Günü ilə əlaqədar 300-dən çox ağac əkilib

Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır

Federasiya prezidenti: Tarixi zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO

ADU-nun kollektivi Zəfər parkında olub

Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

Beynəlxalq konfransın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

“Böyük zəfərdən tam və qəti qələbəyədək” - elmi konfrans

“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub

Azərbaycanla Türkiyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində tərəfdaşlığı daha da genişləndirəcək

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib

BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr olunub

Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini,Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib   YENİLƏNİB VİDEO

Gəncədə Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq

Dövlət Komitəsi: Böyük Qayıdış Xankəndidən məcburi köçkün düşmüş azərbaycanlı əhalini də əhatə edəcək

Moldova Konstitusiya Məhkəməsinin sədrinə Ermənistanın mina terroru barədə məlumat verilib

Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

Azərbaycan riyaziyyatçıları Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin medalları ilə təltif olunublar

Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu

Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər

BDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

ÜST məktəblərdə adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə onları nümunə göstərmək hamının ən müqəddəs borcudur

Azərbaycan millisinin baş məşqçisi: Komandamızda perspektivli basketbolçular çoxdur

DMX-nin əməkdaşları şəhid olan Vətən övladlarının xatirəsini Zəfər parkında ehtiramla anıblar

Ağalıda şəhidlərin xatirəsi yad olunub

İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Ali Baş Komandanın qətiyyətli siyasətinin və Ordumuzun gücünün təcəssümü

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Göyçayda Vətən müharibəsi şəhidləri anılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiyalı ekspert: Artıq Bakı ilə Ankaranın geniş müttəfiqliyi inteqrasiya ilə əvəzlənir

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunun kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub

Mikrobioloq alim Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib

Sentyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsi

Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar

27 Sentyabr şanlı Qələbəmizin başlanğıc tarixidir

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edilib

Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir

AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu çəkiblər VİDEO

Rusiya XİN Fransa Prezidenti Emmanuel Makronun bəyanatını “təhrikçilik” adlandırıb

Rəsədxanada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Türkiyə Superliqasında oynayan azərbaycanlı futbolçuların transfer qiyməti dəyişməyib

Balakənlilər şəhidlərin əziz xatirəsini ehtiramla anıblar

“Binance” kriptobirjası Rusiyadan çıxdığını elan edib

Azərbaycana gələn turistlərin sayı 33 faizdən çox artıb

® Mərkəzi Gömrük Hospitalında Anım Gününə həsr olunan tədbir keçirilib

Akademik İradə Hüseynova: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik

Sanator-Kurort Reabilitasiya Mərkəzində 2020-ci ildən etibarən 1577 qazi müalicə olunub

Biləsuvarda şəhidlərin xatirəsi yad edilib

Vətən müharibəsi Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazıb

2015-ci ildə Moldovanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçidən

Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın yurd sevgisinin nümayişi oldu

Analitiklərin bu il üçün Çin iqtisadiyyatı üzrə proqnozları pisləşib

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib