REGİONLAR


Ötən il Zaqatalada cinsi yaxşılaşdırılmış buzovların sayı 1426 baş artıb

Zaqatala, 24 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2018-ci ildə Zaqatala rayonunda 6324 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 1046 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə 2017-ci illə müqayisədə 1426 baş artaraq 3355 baş olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Rasul Razaqov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ötən il Zaqatala rayonu üzrə 2175 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 3355 baş cinsi yaxşılaşdırılmış buzova görə 335 min 500 manat subsidiya ödənilib.

Rasul Razaqov deyib ki, hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında 29 min 615 baş inək və düyə var. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 2 ildə Zaqatala rayonunda 11 min 602 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 5 min 296 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 529 min 600 manat subsidiya ödənilib. Qurum rəsmisinin sözlərinə görə, süni mayalama tədbirlərinin həyata keçirilməsi nəticəsində yaxın 4-5 il ərzində rayonda olan mal-qaranın cins tərkibi tamamilə yaxşılaşdırılacaq.

Hazırda Zaqatalada süni mayalama üzrə 12 mütəxəssis fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.