ELM VƏ TƏHSİL


Pakistanın Siyalkot Universitetinin professoru BDU-da ustad dərsi keçib

Bakı, 5 may, AZƏRTAC

Pakistanın Siyalkot Universitetinin İqbalşünaslıq kafedrasının müdiri, professor Yasmeen Kousar Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələrinə “Urdu dilinin inkişafında Məhəmməd İqbalın rolu” mövzusunda mühazirə oxuyub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov BDU-nun Pakistan universitetləri ilə əlaqələrindən, Azərbaycanda urdu dilinin tədrisi tarixindən bəhs edib.

Sonra professor Yasmeen Kousar urdu dilinin yaranma tarixi və onun inkişafında Əllamə Məhəmməd İqbalın xidmətləri haqqında məlumat verib. Bildirib ki, Məhəmməd İqbal böyük filosof, mütəfəkkir, siyasətçi və dövlət xadimi olmaqla yanaşı, həmçinin dövrünün mütəfəkkir şairi kimi tanınıb. Onun əsərlərində vurğuladığı məsələlər bu gün də aktualdır.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor Yasmeen Kousar dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb, eyni zamanda, fakültələr arasında əməkdaşlığın davam və inkişaf etdirlməsində maraqlı olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.