DÜNYA
Pentaqon rəhbəri Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmağa çağırıb
Bakı, 15 fevral, AZƏRTAC
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası çərçivəsində Qərbin təcili Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməsi barədə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Pentaqon rəhbəri hələlik Ukraynaya verilən hava hücumundan müdafiə sistemlərinin kifayət etmədiyini, ABŞ-ın onları artırmaqda israrlı olduğunu söyləyib.
“Biz bilirik ki, Rusiyanın xidmətdə xeyli sayda döyüş təyyarəsi var. Ona görə də Ukraynanın mümkün qədər ən çox hava hücumundan müdafiə qabiliyyəti ilə təmin olunması üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, məlumata görə, çərşənbə axşamı İtaliya və Fransa Ukraynaya “SAMP-T” zenit sistemləri verməyi qərar alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
- 26.04.2024 [10:26]
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
- 26.04.2024 [09:23]