İQTİSADİYYAT


Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə vergi qanunvericiliyinin tətbiqi sahəsində müzakirələr aparılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir. Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının nümayəndələri ilə keçirilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, görüşdə malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlət verilməsi, sənədsiz mal dövriyyəsi üzərində nəzarətin gücləndirilməsi, uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin dərəcəsinə yenidən baxılması ilə bağlı assosiasiya tərəfindən təkliflər səsləndirilib.

Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.