ELM VƏ TƏHSİL


Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə apellyasiya prosesi başlanır

Bakı, 28 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə keçirilən müsahibə mərhələsinin apellyasiya prosesi başlanır.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsahibə nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya sentyabrın 30-dan oktyabrın 4-dək fəaliyyət göstərəcək.

Namizədlər nəticələrlə bağlı iradlarını (ətraflı şəkildə təsvir etməklə) ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN kodu, əlaqə nömrəsini qeyd etməklə [email protected]  ünvanına göndərə bilərlər.

Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub. Müsabiqənin test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıb. Onlardan 58 nəfəri direktor, 43 nəfəri isə direktor müavini vakant vəzifələri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Xatırladaq ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.