ELM VƏ TƏHSİL
Peşə təhsili üzrə müəllimlərin işə qəbulunda uğurlu nəticə göstərənlərin nəzərinə
Bakı, 17 noyabr, AZƏRTAC
Peşə təhsili üzrə müəllimlərin işə qəbulunda uğurlu nəticə göstərənlər noyabrın 20-si saat 18:00-dək sənədlərini qəbul olunduqları müvafiq peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəticələr barədə məlumatlar https://portal.edu.az/ platformasında müraciət edənlərin şəxsi kabinet bölümündə yerləşdirilib.
Qeydiyyatdan keçmək üçün tələb olun sənədlər:
- Təhsil haqqında diplom;
- Şəxsiyyət vəsiqəsi;
- Əmək kitabçası.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtinası kimi qiymətləndiriləcək.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə müəllimlərin peşə təhsil müəssisələrinə işə qəbulu prosesində 98 ümumtəhsil fənn müəllimi, 76 ixtisas fənn müəllimi və istehsalat təlimi ustası olmaqla, ümumilikdə 174 müəllim uğurlu nəticə göstərib. Eyni zamanda, 50-yə qədər namizədin adı ehtiyat siyahıya əlavə edilib. Vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklif olunacaq.