İQTİSADİYYAT


Pirallahı rayonunda dərman istehsalı zavodu tikiləcək

Bakı, 5 avqust, AZƏRTAC

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, infuzion məhlullar insan orqanizmində su-elektrolit balansının qorunması və optimal metabolizmin təmin olunması məqsədilə istifadə edilir.

Layihə çərçivəsində əsasən natrium xlorid (0,9 faiz), ringer laktat və qlükoza (5 faiz) məhsullarının istehsalı nəzərdə tutulur. Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb.

Ümumi dəyəri 13,7 milyon manat olan layihədə AİŞ-in payı 20 faizdir.

Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 milyon ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.